Turizm Bürosu: Çalışırıq ki, Azərbaycan insanların ilk səyahət edəcəyi ölkələrdən olsun


12:10     11 Mart 2020 20_03_11_1583914346.jpg


Biz koronavirusla bağlı dünyada mövcud olan bu vəziyyətin tezliklə düzələcəyini düşünürük və bu baxımdan optimistik. Hazırda çalışırıq ki, vəziyyət yenidən düzəldikdə Azərbaycan insanların ilk səyahət edəcəyi məkanlardan biri olsun.



Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyib.

Koronavirusun dünya turizminə təsirsiz keçmədiyini deyən F.Zenqstşmid qeyd edib ki, Azərbaycana gələn turistlər digər ölkələrə gedən turistlər kimi səfər edib-etməmək dilemması qarşısındadırlar.

F.Zenqstşmid əlavə edib ki, hazırda əsas məqsəd bu vəziyyətin yaratdığı iqtisadi çətinlikləri minimuma endirməkdir:

"İndi qarşıdakı plan və məqsədlərə baxmaq üçün gözəl vaxtdır ki, qarşıdan gələn çətinlikləri aşaq".

Femida.az

Açar sözlər: #turizm  

Oxunub: 594