Azərbaycanlı mühacirlərlə bağlı yeni layihə - VİDEO
12:44 11 Mart 2020
Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycanlı mühacirlərin fəaliyyətindən bəhs edən yeni layihəyə başlayıb.
Komitədən Femida.az-a verilən məlumata görə, layihə çərçivəsində ötən əsrin əvvəllərindən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı mühacirlərin həyat və fəaliyyətini əks etdirən qısa videolar hazırlanaraq təqdim olunacaq.
Layihəyə Türkiyədə yaşayan mühacirlərin həyat hekayələrinin təqdim olunması ilə start verilib. Videoların mətni mühacirlərlə bağlı araşdırmaların müəllifi, “Çapar” tarix jurnalının baş redaktoru, İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədə məxsusdur.
Qeyd edək ki, mühacirlərin həyatı Azərbaycan diaspor tarixinin öyrənilməsi üçün ciddi əhəmiyyətə malikdir. Mühacirlərin arasında siyasətçilər, ədəbiyyatçılar, hüquqşünaslar, şairlər və digər sahələrdə uğur qazanmış şəxslər olub. Onlar yaşadıqları ölkələrdə həm Azərbaycanın istiqlal mübarizəsini aparıb, həm də öz sahələri üzrə mühüm işlər görüblər.
Femida.az
Oxunub: 673
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTO
- Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Azərbaycanlı məşqçi koronavirusdan vəfat edib