Bakıda mağazalardan 6 650 manatlıq oğurluq edildi


12:49     11 Mart 2020 20_03_11_1583916602.jpg

Bakıda mağazalardan oğurluq edən şəxs tutulub.


Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsi və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 2 mağazadan ümumilikdə 6 650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov saxlanılıb, digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Açar sözlər:

Oxunub: 544