İranda koronavirusdan ölənlərin sayı 354-ə çatıb


16:02     11 Mart 2020 20_03_11_1583928203.jpg

İranda koronavirusdan ölənlərin sayı artıb.


Femida.az- ın xəbərinə görə, İran Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə “Twitter”də bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı 354-ə çatıb.

“Koronavirusa yoluxanların sayı 9 min nəfər təşkil edir ki, onlardan 2959 nəfəri sağalıb”, - deyə Əli Rza Vahabzadə vurğulayıb.

Açar sözlər:

Oxunub: 461