FHN rəhbərliyinin bölgələrdə vətəndaşların qəbulu vaxtı dəyişib


18:07     11 Mart 2020 fhne.jpg

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən Bərdə şəhərində, nazir müavinləri Ragim Lətifov tərəfindən Tərtər şəhərində, Orucəli Hacıyev tərəfindən Ağcabədi şəhərində 13 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilib.


Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, qəbulun vaxtı 31 mart 2020-ci il tarixinə təyin edilib.

Açar sözlər:

Oxunub: 523