4 uşaq anasının intiharı ilə bağlı cinayət işi başlandı


16:47     11 Mart 2020 20_03_11_1583930933.jpg


Ağcabədi rayonunda qadının intihar hadisəsi ilə bağlı ibtidai istintaq aparılır.

Femida.az-ın əldə etdiyi məlumata görə, rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Quliyevanın martın 10-u saat 16 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə yerinə və meyitə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, orada maddi sübutlar götürülüb.

Qeyd edək ki, G.Quliyeva 4 uşaq anasıdır.

Femida.az

Açar sözlər: #Ağcabədi   #cinayət  

Oxunub: 583