Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq şöbəsinə sənəd qəbulu təxirə salındı


19:32     11 Mart 2020 20_03_11_1583933570.jpg


İtaliyada epidemioloji vəziyyətlə əlaqədar olaraq Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq şöbəsinə sənədlərin qəbulu təxirə salınıb.

Femida.az-ın xəbərinə görə, Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq şöbəsinə sənədlərin qəbulu 3 aprel 2020-ci tarixinədək təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın İtaliyadakı səfirliyi İtaliya ərazisində olan bütün Azərbaycan vətəndaşlarından ölkədə baş verən epidemioloji vəziyyət ilə bağlı İtaliya hökumətinin qəbul etdiyi qayda və tövsiyələrə ciddi əməl etməyi xahiş edib.

Femida.az

Açar sözlər:

Oxunub: 576