Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin vəzifələri artırılıb


18:57     11 Mart 2020 baki_beynelxalq_avtovagzal_2602161.jpg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin vəzifələri artırılıb.

Femida.az- ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli və “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin vəzifələri sırasına avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunu uçota alınmasını təşkil etmək daxil edilib.

Açar sözlər:

Oxunub: 579