İçərisində geyim əşyaları olan yük maşını yandı


09:21     12 Mart 2020 2020/03/b7f1cdae-980e-4809-88fc-af9178e9a200_1583990476.jpg

Ucar rayonu ərazisində yanğın hadisəsi baş verib.


Femida.az -ın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun “dördyol” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 1993-ci il təvəllüdlü Pərvin Famil oğlu Şərifovun idarə etdiyi “Mercedes” markalı “TİR” hərəkətdə olan zaman yanıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Dövlət yanğından mühafizə hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yük maşınının qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı Bakı-Qazax yolu Bakı istiqamətində 40 dəqiqədən artıq bağlı qalıb.

Qeyd edək ki, yük maşınında geyim əşyaları olub. Yanğının başvermə səbəbləri araşdırılır.



Açar sözlər:

Oxunub: 420