Bakıda qaçırılan avtomobil Cəlilabadda satılıb


09:52     12 Mart 2020 avtomobil%20ogurlugu%20ogurluq.jpg

Bakıda avtomobil oğurlanıb.


Femida.az -ın xəbərinə görə, hadisə ötən il dekabrın 15-i paytaxtın Nizami rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs T.Mikayılova məxsus “VAZ-2107” markalı avtomobili qaçırıb.

Daha sonra T.Mikayılov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsi törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.Ağayev tutulub.

Araşdırma zaman məlum olub ki, M.Ağayev qaçırdığı avtomobili 4 gün sonra Cəlilabad rayonunda naməlum şəxsə satıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 462