Qaradağ polisi əməliyyat keçirdi


10:25     12 Mart 2020 1356524159_polis1_922155415.jpg

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.


Femida.az-ın məlumatına görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşların keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş N. Nəcəfov saxlanılıb.

Onun üzərində aparılan axtarış zamanı 50 qram tirkək,12 qram metamfetamin, 48 ədəd metadon aşkar edilib. Daha sonra N. Nəcəfovun idarə etdiyi "Nissan" markalı avtomobildən 5 kq marixauna götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az


Açar sözlər:

Oxunub: 453