Yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır


10:34     12 Mart 2020 1442822061_milli-meclis.jpg

Milli Məclisin yaz sessiyasında “Ali təhsil haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

Femida.az-ın xəbərinə görə, sənəd Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planına daxil edilib.

Qeyd edək ki, Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planına “Daxili Qoşunlar haqqında”, “Lombardlar haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və s. qanun layihələri də daxil olunub.

Açar sözlər:

Oxunub: 613