İtaliyada təhsil alanların son vəziyyəti - virusa görə geri qayıdırlar - VİDEO


10:36     12 Mart 2020 20_03_12_1583995027.jpg

Koronavirus təhlükəsi ilə əlaqədarİtaliyada artıq iki gündür ki, karantin elan edilib. İtaliya isə azərbaycanlı tələbələrintəhsil üçünTürkiyədən sonra üz tutduğu ikinci ölkədir. İki mindən çox həmyerlimiz bu ölkənin müxtəlif universitetlərində təhsil alır . Xəstəliyə yoluxan 10 min 149 nəfər arasında azərbaycanlı tələbə yoxdur. Əməkdaşlarımız bu gün virusun ən geniş yayıldığı şəhərlərdə təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti ilə maraqlanıblar.


Hazırda İtaliyada gün ərzində onlarla tələbə Azərabyacana qayıdır.Yüzlərlə tələbə isə həmin ölkədə qalaraq təhsilini distant yolladavam etdirir.

Təhsil üçün İtaliyaya üz tutan gənclərdən birdəVüqar Dosməmmədovdur. Sapienze universitetinin tələbəsi Vüqarın sözlərinə görə ,virusla bağlı xəbərdarlıqdan dərhal sonra şəhərdə qabaqlayıcı tədbirlərin icrasına başlanılıb.Romadan başqa şəhərlərə getmək istəyənlərdən bunun səbəbiniizah etmələri tələb olunur..Evdən kənara isə zərurət olmadan çıxış tövsiyyə olunmur.

Tələbələrin rastlaşdığı əsas problem isə uçuşların ləğv edilməsidir.Bununla yanaşı bankların və dövlət qurumlarının işləməməsi də bəzi çətinliklərə səbəb olur.

Milan universitetində təhsil alan Ruqiyyə Əzizova isə bildirir ki,bu şəhərdəolan həmyerlilərimizin bəziləri artıq geri qayıdıb.Bir çox tələbə isə evdən çıxmadan distant yolla təhsilinə davam etdirir.

Qeyd edək ki,İtaliya höküməti virusa qarşı qabaqlayıcı tədbirləri ölkənin bütün bölgələrində həyata keçirir.





Açar sözlər:

Oxunub: 476