İşədüzəltmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestri yaradılacaq


10:53     12 Mart 2020 sd7j84it0h80ofg1eim3rg9nc4emek-ve-sosial-mudafie-nazirliyi9.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestrini yaradacaq.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na əsasən, həmin reyestrin yaradılması 2020-2021-ci illərdə təmin olunacaq.

Reyestr əsasında vahid informasiya bazası yaradıldıqdan sonra işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə qarşılıqlı məlumat mübadiləsi aparılacaq. Şirkətlər onlara müraciət edən işaxtaran və işsiz şəxslər, eyni zamanda işlə təmin etdikləri şəxslər barədə məlumatları və onlarda olan mövcud vakansiya siyahısını da reyestrə daxil edəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 615


Oxşar xəbərlər