İsmayıllı sakinindən odlu silah və narkotik götürülüb


12:18     12 Mart 2020 2020/03/1584000654668_qFMcQgXz_1584001242.jpeg

İsmayıllı sakinindən odlu silah və narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində İsmayıllı rayon sakini N.Əliyevin evindən marixuana, cətənə toxumu və müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-63” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 453