DGK əməkdaşı qəza törədib, xəsarət alan var


13:01     12 Mart 2020 ford_qeza.jpg

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın verdiyi xəbərə görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 460-cı kilometrliyində, Ağstafa rayonunun Qırılı kəndi ərazisində qeydə alınıb. Xəyyam Əmiraslanov idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə sürücü xəsarət alıb.

Qəza nəticəsində avtomobilin yük yerində olan Gürcüstan istehsalı olan çoxlu sayda spirtli içkilər qırılaraq yola dağılıb.

Qeyd edək ki, X.Əmiraslanov Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 611