Antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı


13:40     12 Mart 2020 2020/03/toyuq-1584004614_1584006100.jpg

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb.

Bu barədə Femida.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqlər həyata keçirir: "Həyata keçirilən monitorinqlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA-6 ərazisində yerləşən fiziki şəxs Mirzəyeva Səbinə İbiş qızına məxsus quş kəsimi sexinə baxış keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, sexdə texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, sexin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, quş ətinin orqanoleptik qiymətləndirilməsi aparılmır. Eyni zamanda sexdə quş ətinin emalı və saxlanılması qida təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilmir.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb".

Femida.az

Açar sözlər:

Oxunub: 542