İTV-nin əməkdaşı 6-cı mərtəbədən yerə yıxılıb - RƏSMİ


15:04     12 Mart 2020 20_03_12_1584011127.jpg

Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.

Bu barədə Femida.az- a şirkətdən məlumat verilib.

Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağrılıb: "Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir".

Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: "Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib"

Açar sözlər:

Oxunub: 528