Sumqayıtda parkda xeyli sayda güllə tapıldı


15:26     12 Mart 2020 2020/03/9d84d4af-75a8-44d5-8c9a-27ab4747667a_1584012439.jpg

Mart-ın 12-i saat 10:30-da Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Nəsimi parkı ərazisində 70-80 ədəd güllənin tapılması barədə məlumat daxil olub.


ANAMA-dan Femida.az - a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib və baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 65 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Patronların ətrafında 30 kv.m əraziyə yerüstü, 25 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Açar sözlər:

Oxunub: 591