ÜST nümayəndəliyi koronavirusla bağlı Azərbaycanda mətbuat konfransı keçiriləcək


17:05     12 Mart 2020 20_03_12_1584020335.jpg

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi koronavirus pandemiyası (COVID-19) ilə bağlı mətbuat konfransı keçirəcək.


Nümayəndəlikdən Femida.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair məlumat verməkdir.

Mətbuat konfransı sabah saat 17:00-da başlayacaq.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 129 158-ə çatıb. Bunların 68 654 nəfəri sağalıb, 4 749 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 475