Dövlət Xidməti bir neçə aptekin qiymət intizamına əməl etmədiyini aşkarlayıb
18:29 12 Mart 2020
Dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar davam etdirilir.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Buta Farm” (Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti, 30A və Nəsimi rayonu, S. Vurğun küçəsi, 112), “Zeytun Pharmaceuticals” (Bakı şəhəri, Nəsimi rayonu, A. Səhhət küçəsi, 69, Yasamal rayonu, H. Zərdabi prospekti, 89 və N.Hikmət küçəsi, 26/27), “Vita Aptekləri” (Bakı şəhəri, Nəsimi rayonu, M. Cəlal küçəsi, 18A), “İntermed Plyus” (Sumqayıt şəhəri, məhəllə 40), “Dokta” (Gəncə şəhəri, M. A. Abbaszadə küçəsi, 78B, Xaçmaz şəhəri, N. Nərimanov küçəsi, 62 və Şəki şəhəri, M. Rəsulzadə küçəsi) apteklərdə dərman vasitələrinin satışında qiymət intizamına əməl olunmadığı aşkar edilib, müvafiq protokollar tərtib edilərək, toplanmış sənədlər məhkəmə orqanlarına göndərilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin, habelə tibbi spirt və maskaların satışı zamanı qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı yoxlamaları davam etdirir.
Femida.az
Oxunub: 530
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib