Ölkəyə qanunsuz dərman keçirilməsinin qarşısı alındı


20:19     12 Mart 2020 2020/03/05C55646-291C-401C-ADA5-C0CB3CF117E8_1584029426.jpeg

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Lada-219020 Granta" markalı avtomobil Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında yoxlanılıb.

Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 97 ədəd şüşə flakon və 1400 həb müxtəlif adda dərman preparatları, həmçinin 32 ədəd müxtəlif markalı qadın geyimləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 589