Koronavirusla bağlı yalan məlumat yayanlara xəbərdarlıq edildi - RƏSMİ
20:11 12 Mart 2020
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən koronavirus xəstəliyinin qarşısının alınması üzrə həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxmuş və karantinə yerləşdirilmiş şəxslərin sayı, onların müalicəsi və s. barədə ictimaiyyət mütəmadi məlumatlandırılır.
Femida.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
"Lakin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə və “watsapp” ani mesajlaşma tətbiqi vasitəsilə koronavirus xəstəliyi ilə mübarizədə insanlarda təşviş və çaşqınlıq yarada biləcək tədbirlərin görülməsi haqda müxtəlif şayiələr yayılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi vətəndaşları belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının məlumatlarını nəzərə almağa çağırır.
Eyni zamanda həqiqəti əks etdirməyən, cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış bu cür əsassız və uydurma informasiyaları yayan şəxsləri xəbərdar edirik ki, yol verdikləri qanunazidd əməllərə görə barələrində hüquqi məsuliyyət tədbirləri görüləcəkdir", - məlumatda deyilir.
Femida.az
Oxunub: 774
Oxşar xəbərlər
- Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
- Koronavirusla mübarizədə iştirak edən həkimlərə əlavə pulun ödənilməsi müddəti uzadılıb
- Koronavirusla mübarizəyə görə həkimlərin əlavələri niyə ödənilmir? - Qurumlar bir-birinin üstünə atdı
- Koronavirusla bağlı son STATİSTİKA
- Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti uzadıldı
- Koronavirusla əlaqədar bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib
- Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb
- Koronavirusla fəal mübarizə Ordumuza ən böyük dəstəkdir
- Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlandı
- Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir yenilik