BNA sürücülərə və piyadalara müraciət etdi


20:36     12 Mart 2020 bna5.jpg

“Hazırda Heydər Əliyev prospekti - Hava limanı-Zaqulba avtomagistralı, Buzovna-Şüvəlan və Bilgəh-Pirşağı şoseləri boyunca, eləcə də, ətraf ərazilərdə duman müşahidə olunur. Bunu nəzərə alaraq, sürücülərə son dərəcə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edirik”.

Bu barədə Femida.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, xüsusi ilə bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir: “Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini xahiş edirik”.

Femida.az

Açar sözlər:

Oxunub: 447