Azərbaycanda benzin ucuzlaşdı - Yeni qiymət


09:11     13 Mart 2020 20_03_13_1584076326.jpg

Martın 13-də gecə saatlarında “Aİ-95” və “Aİ-98” marka benzinin qiyməti ucuzlaşıb.


Femida.az xəbər verir ki, “Aİ-95” marka yanacağın qiyməti 1 manat 20 qəpik, “Aİ-98" markalı yancağın qiyməti isə ucuzlaşaraq 1 manat 40 qəpik olub. Qeyd edək ki, "Aİ-92" və Dizel yanacağının qiymətlərində dəyişiklik olmayıb. Xatırladaq ki, son qiymət dəyişikliyinədək "Aİ-95" markalı yanacağın qiyməti 1 manat 50 qəpik, "Aİ-98" markalı yanacağın qiyməti isə 1 manat 60 qəpik olub. /Apa









Açar sözlər:

Oxunub: 1636