Bakıda aptekə basqın olub


09:19     13 Mart 2020 20_03_13_1584076784.jpg

Bakıda aptekə basqın edilib.

Femida.az -ın məlumatına görə, hadisə Nizami rayonu, R. Rüstəmov küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən "Vita" adlı aptekə daxil olan naməlum şəxs əlindəki bıçaqla satıcı İnci Quliyevanı hədələyərək, kassada olan 1000 manat pulu götürüb və qaçıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 503