Qaxda gənc qız burun əməliyyatı zamanı öldü


09:28     13 Mart 2020 2020/03/0271271c-9f2a-4990-89d0-bacad4d3b606_1584077335.jpg


Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: #Qax   #burun   #əməliyyatı   #ölüm  

Oxunub: 639