Ədliyyə Nazirliyinin əməkdaşını maşın vurdu


10:14     13 Mart 2020 piyada5.jpg

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsində qeydə alınıb.

Həmin yolda hərəkətdə olan "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində zərbənin təsirindən avtomobillərdən biri yolu keçən qadını vurub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan qadın Ədliyyə Nazirliyinin əməkdaşıdır.


Femida.az

Açar sözlər:

Oxunub: 534