Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi əcnəbi Almaniyada saxlanıldı


10:30     13 Mart 2020 interpol5.PNG

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi Fələstin vətəndaşı, 1990-cı il təvəllüdlü Milhem Basem Şlaş Almaniyada tutulub.


Femida.az-n xəbərinə görə, araşdırma zamanı onun İsveç vətəndaşı olduğu da məlum olub.

Milhem Basem Şlaşın Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.

M.Basem Şlaş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 632