Zaqatalada “Naco” ləqəbli şəxs zavoddan 150 min manatlıq oğurluq etdi
10:44 13 Mart 2020
Zaqatala Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən fındıq zavodundan 150 min manat dəyərində fındıq ləpəsinin oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az- a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri bilinən istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən “Naco” ləqəbli Nəcməddin Baqayev və onun dəstəsi Hacımurad Bolayev, Rəsul Xəlilov, Elnur İsmayılov, Maxaç Tahirov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər həmin zavodda mühafizəçi olaraq işləyən M.Tahirovun vasitəsilə videokameraların qarşısını bağlamaqla fevral ayında ayrı-ayrı vaxtlarda 6 dəfə həmin zavoda oğurluq məqsədilə qanunsuz olaraq daxil olub, oradan çəkisi 13 tondan artıq olan fındıq ləpəsi oğurlayıblar. Onlar ifadələrində cinayət əməli ilə əldə etdikləri fındıq ləpəsini Bakı şəhərində satdıqlarını bildiriblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda dəstənin digər cinayət əməlləri törədib-törətməməsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 452
Oxşar xəbərlər
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Zaqatalada 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Zaqatalada 23 yaşlı ana doğuşdan sonra ölüb
- Zaqatalada qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib
- Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib
- Zaqatalada narkotacir tutulub
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Zaqatalada qadının xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb
- Zaqatalada piyada keçidlərindən istifadə etməyənlər cərimələnib