Ağcabədidə oğlunu öldürən ata həbs edilib


11:11     13 Mart 2020 terror%20hebs.jpg

Ağcabədidə qətl törədən şəxs həbs edilib.


Ağcabədi rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, fevralın 11-də rayonun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 449