Milli Məclisin iclaslarının vaxtı dəyişdirilsin - Deputatdan təklif


14:15     13 Mart 2020

Deputat Elman Məmmədov Milli Məclisin iclaslarının vaxtının dəyişdirilməsini təklif edib.


Femida.az-ın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat iclasın ya saat 10-da başlayıb 12-də bitməsini, ya da 11-dən 13:00-dək bitməsini təklif edib.

“Daha sonra isə 2 saat fasilə verilsin və fasilədən sonra iclas yenidən davam etsin”, - o vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 411