İranda koronavirusdan ölənlərin sayı 500-ü ötdü


15:13     13 Mart 2020 20_03_13_1584098077.jpg

İranda daha 85 nəfər koronavirusun qurbanı olub.


Femida.az IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 514 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 289 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 11 326 nəfərə çatıb.

K.Cahanpur həmçinin 3 529 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.

Açar sözlər:

Oxunub: 482