“Mobil hüquqi yardım” tətbiqi bu tarixdə istifadəyə veriləcək


16:00     13 Mart 2020 2020/03/20_03_13_1584100688_1584101274.jpg


"Vətəndaşların hüquqi yardıma əlçatanlığını asanlaşdırmaq üçün Vəkillər Kollegiyası tərəfindən “Mobil hüquqi yardım” platforması yaradılıb və yayadək istifadəyə veriləcək".

Bunu Femida.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, vətəndaşların vəkillərə əlçatanlığı üçün bu tətbiq mühüm rol oynayacaq:

"Misal üçün, hansısa regionda yaşayan şəxs Bakıda çalışan vəkildən məsləhət almaq istəyirsə, onu elə həmin mobil platforma vasitəsi ilə həyata keçirə biləcək. Regionlarda vəkil azlığı problemi bu formada həllini tapacaq. Eyni zamanda, vəkillər işdən kənar vaxtlarda tətbiq vasitəsi ilə hüquqi yardım göstərə biləcəklər. Tətbiqin iyun ayında işə düşməsi planlaşdırılır".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #mobiltətbiq   #kollegiya   #hüquqiyardım  

Oxunub: 2814