Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
18:08 13 Mart 2020
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən Femida.az-a verilən məlumata görə, son günlər respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzalar nəticəsində ölən və xəsarət alanların əksəriyyəti istismar müddəti çox olan, müasir təhlükəsizlik elementləri ilə təchiz edilməmiş köhnə avtomobillərin sürücüləri və sərnişinləridir. Lakin təəssüflər olsun ki, belə avtomobillərin konstruksiyasında bütün oturacaqlar üçün yeganə təhlükəsizlik elementi olan təhlükəsizlik kəmərlərinin nəzərdə tutulmasına və istehsalçı zavod tərəfindən təchiz edilməsinə baxmayaraq, bəzi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən arxa oturacaqların kəmərləri bilərəkdən çıxarılır ki, bu da toqquşma və ya aşma zamanı salondakı insanların həlak olmalarına, yaxud ağır yaralanmalarına səbəb olur.
Belə halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi bir daha sürücüləri xəbərdar edir ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən təhlükəsizlik kəmərlərinin çıxarılması halları müəyyən edilərsə, həmin nəqliyyat vasitəsini idarə edən sürücü, kəmərlərin mövcud olduğu, lakin arxa və ya qabaq oturacaqdan asılı olmayaraq hərəkət zamanı sərnişin tərəfindən istifadə edilməməsinə görə isə sərnişinlər inzibati məsuliyyətə cəlb ediləcəklər.
Ümid edirik ki, hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, yol hərəkəti qaydalarına ciddi əməl etməklə özünün və doğmalarının həyatını təhlükə ilə qarşı-qarşıya qoymayacaq.
Femida.az
Oxunub: 1084
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM