İranlı general koronavirusdan ÖLDÜ


21:21     13 Mart 2020 20_03_13_1584120126.jpg

İslam İnqilabı Keşikçiləri Korpusu Generalı (IRGC, İranın hərbi-siyasi elit birliyi) Nasser Şaabani, koronavirus infeksiyasından vəfat edib.

Femida.az xəbər verir ki, Şaabani IRGC-də 37 il xidmət edib. Generalın ölümü ilə bağlı əlavə məlumat yoxdur.

Koronavirus İranın bir sıra yüksək səviyyəli rəsmilərində, o cümlədən İranın Birinci vitse-prezidenti Eskhak Cahangiri, Turizm naziri Əli Əsgər Munesan və ticarət naziri Rezu Rəhmanidə də aşkar edilib.

Qeyd edək ki, İranda koronavirus epidemiyası qurbanlarının sayı 514 nəfərə çatıb. Fevralın 19-dan bəri yoluxanların ümumi sayı 11,3 min nəfəri keçib. (olke.az)

Açar sözlər:

Oxunub: 595