Milli Məclisə koronavirusla bağlı sənəd daxil olub


10:18     14 Mart 2020 20_03_14_1584166740.jpg

Milli Məclis koronavirus infeksiyasına (COVİD-19) görə yaranmış vəziyyəti müzakirə edəcək.


Femida.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı artıq parlamentə sənəd daxil olub.

Qeyd edək ki, Azərbaycanda hazırda koronavirusa yoluxan 15 nəfər var. Bu gündən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla). Eyni zamanda dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Bundan əlavə, saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.

Martın 3-dən bağça, orta məktəb və universitetlər bağlanıb.

Açar sözlər:

Oxunub: 416