Qonşu qadının başını kəsən şəxsin məhkəməsi başlayır
10:25 14 Mart 2020
Bakıda qadının başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Xaləddin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əliövsəd Abbasovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında paytaxtın Sabunçu rayonunda baş verib.
1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qonşusu, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib. Hadisədən sonra X.Hüseynov polisə təslim olub.
O, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilib.
İlkin məlumata görə, G.Bağırova ilə X.Hüseynov arasında yaxın münasibət olub.
X.Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 569
Oxşar xəbərlər
- Qonşu ölkələrə səfər zamanı hansı sənədlər lazımdır? - AÇIQLANDI
- Qonşu ölkədən gizli siqaret gətirmək istədilər
- Qonşusunun evindən oğurluq edən saxlanıldı
- Qonşunun həyətində narkotik becərən şəxs tutuldu
- Qonşu ölkədə koronavirusa yoluxanların sayı artdı
- Qonşu ölkədə koronavirus dəhşəti: Ölənlərin sayı 9-a çatdı
- Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi olacaq
- Qonşusunu başından bıçaqladı
- Qonşu ölkələrlə ortaq gömrük-keçid məntəqələri yaradılır
- Qonşu öz hərəkətləri ilə sizin hüquqlarınızı pozur?