Ötən gün 33 cinayətin üstü açılıb - 36 nəfər saxlanılıb


12:06     14 Mart 2020 2018/10/hebs_yeni_1538465116.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 435