Azərbaycanda mehmanxanalar üçün ulduzlaşma məcburi olacaq


12:21     14 Mart 2020 Hotel-reception-bell-620x330.jpg

Azərbaycanda mehmanxanalar üçün ulduzlaşmanın məcburi olması təklif edilir.


Femida.az-ın məlumatın görə, bu, “Turizm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə Milli Məclisdə qəbul ediləcəyi təqdirdə, “mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşma məcburi olacaq.

Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 543