Şəkidə 51 yaşlı kişini avtomobil vuraraq öldürüb


14:42     14 Mart 2020 meyid_piyada_olumu_00014.jpg

Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın məlumatına görə, hadisə ötən gün axşam saat 20 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində, Şəki rayonu İkinci Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1991-ci il təvəlllüdlü Yamən İsmayıl oğlu Quliyev idarə etdyii “Renault Magane” markalı 02 BU 953 dövlət nömrə nişanlı minik avtomobili ilə Qaxdan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Şəki rayonu İkinci Biləcik kənd sakini Elçin Sabir oğlu Rəcəbovu vurub. Qəza zamanı ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 555