Koronavirusla bağlı qanunun qəbuluna ehtiyac olub-olmadığı müzakirə ediləcək


12:57     14 Mart 2020 20_03_14_1584176339.jpg

Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Azərbaycanda koronavirusla bağlı vəziyyət müzakirə ediləcək.



Femida.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, dinləmə formatında keçiriləcək müzakirələr bazar ertəsi baş tutacaq.

Koronavirusla bağlı indiyə kimi görülən işlər, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılacaq, müvafiq qurumların bu sahədə gördüyü işlər nəzərdən keçiriləcək.

İclasda koronavirusla bağlı qanun layihəsinin qəbul edilməsinə ehtiyac olub-olmadığı da müzakirə olunacaq.

Açar sözlər:

Oxunub: 412