Yol Polisindən sərt xəbərdarlıq: Sabahdan bu sürücülər cərimələnəcək - RƏSMİ


15:50     14 Mart 2020 20_03_14_1584177147.jpg

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil idarə edən zaman kəmər taxmayan sürücülərə xəbərdarlıq edib.


İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Femida.az -a açıqlamasında bildirib ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən təhlükəsizlik kəmərlərinin çıxarılması halları müəyyən edilərsə, həmin nəqliyyat vasitəsini idarə edən sürücü, kəmərlərin mövcud olduğu, lakin arxa və ya qabaq oturacaqdan asılı olmayaraq hərəkət zamanı sərnişin tərəfindən istifadə edilməməsinə görə isə sərnişinlər inzibati məsuliyyətə cəlb ediləcəklər:

“Sürücülər təhlükəsizlik kəmərlərini bağlamadıqları üçün İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə görə 40 manat cərimə olunurlar.

Sürücü təhlükəsizlik kəmərini çıxarılıbsa, yaxud da idarə etdiyi avtomobilin təhlükəsizlik kəməri yararsız vəziyyətdədirsə, o zaman məsuliyyət sürücünün üzərindədir.

Bu halda sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, 50 manat cərimə olunacaqlar”.

K.Əliyev qeyd edib ki, kəmər varsa, avtomobildəki sərnişin onu bağlamırsa, İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən, 30 manat cərimə olunacaqlar.

Açar sözlər:

Oxunub: 540