Atəşkəs rejimi 30 dəfə pozulub
09:41 15 Mart 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 429
Oxşar xəbərlər
- Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib
- Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ
- Atəşkəs 61 dəfə pozulub
- Atəşkəs 30 dəfə pozulub
- Atəşkəs pozuldu
- Atəşkəs rejimi 36 dəfə pozulub
- Atəşkəs rejimi 97 dəfə pozulub
- Atəşkəs rejimi 43 dəfə pozulub
- Atəşkəs 26 dəfə pozulub
- Atəşkəs rejimi 23 dəfə pozulub