Türkiyədəki səfirliyimizdə “qaynar xətt” yaradıldı


10:42     15 Mart 2020 2020/03/9B4CAD34-7D53-41AA-BBDD-BFCBD7E80D47_1584255528.jpeg

Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb.

Bu barədə Femida.az -a səfirlikdən məlumat verilib.

“Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən “qaynar xətt” yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740”, - deyə səfirliyin yaydığı məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 486