“ASAN xidmət”lərdə bəzi qeydiyyat məhdudiyyətləri aradan qaldırılacaq


13:51     15 Mart 2020 20_03_15_1584265315.jpg

"ASAN xidmət" mərkəzlərində vergi və əmlak məsələləri sahələrində göstərilən xidmətlərlə bağlı qeydiyyat məhdudiyyəti radan qaldırılacaq.

Müvafiq qurumlarla bu istiqamətdə iş aparılıb. Həmin xidmətlərin göstərilməsi sahəsində qeydiyyat məhdudiyyəti tezliklə aradan qaldırılacaq.

Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentliyin sədri "ASAN xidmət" mərkəzlərinin olmadığı bölgələrdə səyyar "ASAN xidmət" avtobuslarının əhaliyə mütəmadi olaraq xidmət göstərdiyini də diqqətə çatdırıb.

Femida.az

Açar sözlər: #ASANxidmət  

Oxunub: 516