Operativ Qərargah vətəndaşlara növbəti dəfə müraciət etdi


17:26     15 Mart 2020 6iicfvlan0dl7rthi5ajff2ml5768dd4c152ae401122e63cb29ddbb840nazirler%20kabinetimmm.JPG

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah növbəti dəfə vətəndaşlara müraciət edib.


Femida.az xəbər verir ki, müraciətdə vətəndaşlar diqqətli olmağa və qərargahın qəbul etdiyi qərarlara riayət etməyə çağırılıb:

"Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq".

Femida.az

Açar sözlər:

Oxunub: 434