Gəncədə 22 yaşlı qız dəm qazından zəhərlənib


18:04     15 Mart 2020 20_03_15_1584281111.jpg

Gəncədə gənc qız dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Şah İsmayl Xətai prospektində yerləşən yaşayış binasında mənzillərin birində qeydə alınıb.

Belə ki 1998-ci il təvəllüdlü Bayramova Tacimə Nazim qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 22 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib ,vəziyyətinin kafi olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 452