Lənkəranda yol qəzasında 1 nəfər ölüb


03:26     01 Dekabr 2015 302863.jpg

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Siyavar kəndi ərazisində qeydə alınıb. Astara rayon sakini, 60 yaşlı Akif Əhmədov idarə etdiyi 10-VN-098 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Lənkəran rayon sakini Ruslan Nuriyevin idarə etdiyi H023-103 tranzit nömrə nişanlı "Ford" markalı avtomobil toqquşub.

"Mercedes" markalı avtomobilin sürcüsü A.Əhmədov hadisə yerindəcə keçinib. "Ford" markalı yük avtomobilinin sürücüsü R.Nuriyev ağır bədən xəsarətlərilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Sərraf Mirsəəfəroğlu

Açar sözlər:

Oxunub: 637