Hacıqabulda ağır qəza - Ölən var


09:05     16 Mart 2020 qeza_yeni.jpg

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Bayraq meydanı yaxınlığında qeydə alınıb. Belə ki, “KaMAZ” markalı yük maşını ilə “VAZ-21015” markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Çingiz Bəylər oğlu hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 465